Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda maşın aşdı: <font color=red><b>1 nəfər ölüb, 4 yaralı var</b></font>

10:43 - 29 Sentyabr 2019 tarixində dərc olunub.

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./report

Müəllif: