Ucnoqta.az
www.ucnoqta.az

İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı

16:48 - 26 Sentyabr 2019 tarixində dərc olunub.

İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birinin minarəsi dağılıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, yeraltı təkanlar 5,8 bal gücündə olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.
Hazırda məktəblərdə dərslərin dayandırıldığı bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə hələlik məlumat yoxdur. Mobil operatorların işində problemlər yaranıb.
Sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı./trend

 

Müəllif: