Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə ağac qaz xəttinin üzərinə aşıb- <font color=red><b>500 abonent qazsız qalıb</b></font>

14:47 - 26 Sentyabr 2019 tarixində dərc olunub.

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac dametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

 “Azəriqaz” İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, bundan başqa, bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb.

Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.

Müəllif: