Rusiyada “Boeing” qəza enişi etdi: <font color=red><b>49 nəfər xəsarət aldı </b></font>
08:48 - 26 Sentyabr 2019 tarixində dərc olunub.
Rusiyanın Barnaul şəhərinin hava limanında “Boeing 767” təyyarəsi sərt eniş edib.
“RİA Novosti” xəbər verir ki, təyyarə aeroporta yanan şassilərlə enib.
Hadisə nəticəsində 49 nəfər xəsarət alıb: onlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicəyə göndərilib.
“Azur Eyr” aviaşirkətinə məxsus təyyarə Vyetnamdan uçuş həyata keçirib, göyərtəsində 331 sərnişin olub.
Barnaul nəqliyyat prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.
/oxu.az