Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda iki avtomobil toqquşub- <font color=red><b>1 nəfər ölüb, 4 nəfər xəsarət alıb</b></font>

11:34 - 24 Sentyabr 2019 tarixində dərc olunub.

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub. Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Şəki rayon sakinləri - 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma başlanılıb./Apa

Müəllif: