Ucnoqta.az
www.ucnoqta.az

MN: <font color=red><b>Yolu azan Azərbaycan əsgərini ermənilər vurub</b></font>

11:51 - 23 Sentyabr 2019 tarixində dərc olunub.

Meyitin götürülməsi üçün BQXK-nə müraciət olunub

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

Müəllif: