Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Goranboyda ağır qəza</b></font>: 3 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb

21:16 - 18 Sentyabr 2019 tarixində dərc olunub.

Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomabili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpılıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.

Müəllif: