Ucnoqta.az
www.ucnoqta.az

Bakıda komendantın ofisindən 20 min manat oğurlanıb

12:37 - 14 Sentyabr 2019 tarixində dərc olunub.

Bakıda komendantın ofisindən 20 min manat oğurlayıblar.

Nərimanov rayonu, Xan Şuşinski küçəsi, bina 17-də komendant olan Şahlar Qurbanov ofisində oğurluq hadisəsi baş verdiyi üçün polisə müraciət edib. O bildirib ki, işlədiyi binadakı otağından 20 min manat oğurlanıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./qafqazinfo

Müəllif: