Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda yol qəzası olub, xəsarət alan var

18:34 - 13 Sentyabr 2019 tarixində dərc olunub.

Cəlilabad rayonunda yol qəzası baş verib.


"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədov İlqar Yaşılxan oğlu xəsarət alıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: