Ucnoqta.az
www.ucnoqta.az

<b>DİN-in baş müstəntiqi ağır yol qəzasında öldü<font color=red> - FOTO</font></b>

20:03 - 11 Sentyabr 2019 tarixində dərc olunub.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin xüsusi işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı yol qəzasında həyatını itirib.

Ucnoqta.az “RenTV”yə istinadən xəbər verir ki, dəhşətli qəza sentyabrın 10-u axşam saatlarında Voronej əyalətinin Verxnemamonsk rayonunda qeydə alınıb.

DİN-in əməkdaşı tətildə olub. Hadisə zamanı o, avtomobilin sərnişin kreslosunda oturub.

Bildirilir ki, “Mercedes”in sürücüsü sükan idarəetməsini itirərək əks yola çıxıb və “İsuzu” markalı maşınla toqquşub.

Hüquq-mühafizə orqanının əməkdaşı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Onun həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.

İnsidentlə bağlı araşdırmalar aparılır.

 

Namiq Musayev

Müəllif: