Ucnoqta.az
www.ucnoqta.az

Cahangir Hacıyevə hökm oxunub

13:27 - 5 Sentyabr 2019 tarixində dərc olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə hökm oxunub. 

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevə əvvəlki cəzası ilə toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası ilə toplanmaqla14 il 6 ay, İsmayıl Hidəyətzadə isə əvvəlki cəzası ilə toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib./Apa

Müəllif: