Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda "VAZ" avtomobili yanıb

18:38 - 3 Sentyabr 2019 tarixində dərc olunub.

Xaçmaz rayonunun Xudat şəhərində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Müəllif: