Ucnoqta.az
www.ucnoqta.az

Yəməndə hərbi əsirlərin olduğu həbsxana bombalandı- <font color=red><b>50 nəfər ölüb</b></font>

13:08 - 1 Sentyabr 2019 tarixində dərc olunub.

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb.

Bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb. Hadisə Damar əyalətinin mərkəzində baş verib.

“Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib./report

Müəllif: