Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda tövlə yanıb

10:11 - 1 Sentyabr 2019 tarixində dərc olunub.

Göyçay rayonunun Çərəcə kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

FHN-dən verilən məlumata görə, yanğından ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Müəllif: