Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda sərnişin avtobusu dərəyə aşıb, <font color=red><b>ölən və yaralananlar var</b></font>

21:10 - 28 Avqust 2019 tarixində dərc olunub.

Lənkəran rayonunda yol qəzası baş verib. 

Hadisə Bəleton kəndində qeydə alınıb. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: