Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan cüdoçuları dünya çempionatında rəqib olublar

10:32 - 27 Avqust 2019 tarixində dərc olunub.

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.

Orucovla Heydərov yarımfinalda bir-birinə rəqib olublar.

Müəllif: