Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllı meşələrində yanğın başlayıb

11:37 - 26 Avqust 2019 tarixində dərc olunub.

İsmayıllı meşələrində yanğın başlayıb.

Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib. R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: