Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib- <font color=red><b>quş dəstəsi ilə toqquşub</b></font>

10:43 - 15 Avqust 2019 tarixində dərc olunub.

"Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" hava limanında qəza enişi edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə "Jukovski" aeroportundan havaya qalxdıqdan sonra quş dəstəsi ilə toqquşub və mühərriklərin hər ikisi sıradan çıxıb. Məlumata əsasən, təyyarə uçuş-eniş zolağından 1 kilometr aralıda eniş edib.

Təyyarənin göyərtəsində 7 heyət üzvü və 227 sərnişin olub. Onlar xəsarət almayıb və təxliyə ediliblər.

Müəllif: