Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda ağır yol qəzası: <font color=red><b>2 nəfər ölüb, 3 yaralı var</b></font>

09:08 - 15 Avqust 2019 tarixində dərc olunub.

Sabirabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində olub. İlkin məlumata görə, “KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb.

Hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.
Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: