Ucnoqta.az
www.ucnoqta.az

Atasının ölümünə dözməyən gənc qız özünü körpüdən atdı -<font color=red><b>Tovuzda</b></font>

21:18 - 11 Avqust 2019 tarixində dərc olunub.

Tovuz rayonunda özünü körpüdən atan qızın şəxsiyyəti və intihara cəhd etməsinin səbəbi məlum olub.

"Report"un məlumatına görə, rayonun 2001-ci il təvəllüdlü Qədirli kənd sakini K.H.Məhəmməd qızı atasının ölümünə dözə bilmədiyi üçün intihara cəhd edib. Hazırda xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz rayonunda intihar hadisəsi baş verib. Gənc qadın özünü körpüdən aşağı atıb.

Hazırda ad-soyadı məlum olmayan şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: