Ucnoqta.az
www.ucnoqta.az

Qaradağda “Mercedes” “КамАZ”la toqquşub: <font color=red><b>iki nəfər ölüb, iki yaralı</b></font>

10:04 - 11 Avqust 2019 tarixində dərc olunub.

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili və “КамАZ” markalı yük avtomobili toqquşub. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: