Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da təyyarə qəzası baş verib, <font color=red><b>ölənlər var</b></font>

18:54 - 8 Avqust 2019 tarixində dərc olunub.

ABŞ-ın Pensilvaniya ştatının Montqomeri qəzasında bu gün səhər kiçikmühərrikli “Beechcraft Bonanza” təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Təyyarə Filadelfiya şəhərindən Kolumbusdakı Ohayo Universitetinə gedirmiş.

Hadisəyə dair araşdırma aparılır.

Müəllif: