Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildə qadın meyiti tapılıb

09:57 - 6 Avqust 2019 tarixində dərc olunub.

Bakıda mənzildə 85 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1934-cü il təvəllüdlü Kvartikova Mina Fyodorovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: