Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc qız özünü 6-cı mərtəbədən atıb

08:33 - 3 Avqust 2019 tarixində dərc olunub.
Bakının Xətai rayonunda intihar hadisəsi olub. Hadisə metronun "Xətai" stansiyası yaxınlığında, Ayaz İsmayılov küçəsində qeydə alınıb. Belə ki, Əliyeva Tamara Vaqif qızı özünü 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atıb. O, ağır xəsarətlər alıb və ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. /Apa
Müəllif: