Ucnoqta.az
www.ucnoqta.az

Kürdə 1 nəfər batıb, axtarılır

08:13 - 2 Avqust 2019 tarixində dərc olunub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHNd-ən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Müəllif: