Ucnoqta.az
www.ucnoqta.az

"Qəbələ"nin futbolçusu zədələndi- stadionu təcili yardım maşını ilə tərk edib <font color=red><b>-Foto</b></font>

22:00 - 1 Avqust 2019 tarixində dərc olunub.

Gürcüstanda "Dinamo" ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qəbələ" itki ilə üzləşib. 

 37-ci dəqiqədə Rasim Ramaldanov həmklubu İvitsa Zunitlə kəllə-kəlləyə toqquşub. Nəticədə Zuniç meydanı xərəkdə tərk etməli olub.  Daha sonra o, təcili yardım maşınına mindirilərək aparılıb. Xorvatiyalı legioneri Sadiq Quliyev əvəzləyib.

Həkimlərin ilkin rəyinə əsasən, Zuniçin almacıq sümüyü qırılıb. Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0./report

Müəllif: