Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda batan gəncin meyiti tapıldı

15:39 - 1 Avqust 2019 tarixində dərc olunub.

İyulun 31-də Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb. 

P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib./qafqazinfo

Müəllif: