Ucnoqta.az
www.ucnoqta.az

Qubada toy karvanında yol qəzası olub, <font color=red><b>6 nəfər xəsarət alıb</b></font>

15:30 - 1 Avqust 2019 tarixində dərc olunub.

Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb.  Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: