Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda maşın yoldan çıxıb yuvarlandı - <font color=red><b>Foto</b></font>

15:45 - 29 İyul 2019 tarixində dərc olunub.

Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.
Bakıdan Göyçay istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq, bir neçə dəfə yuvarlanıb.
Hadisə nəticəsində sürücü, eləcə də avtomobildə olan sərnişin xəsarət alıb. Zərbənin təsirindən avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

 

Müəllif: