Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

16:21 - 21 İyul 2019 tarixində dərc olunub.
Sumqayıtda mənzildən qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1951-ci il təvəllüdlü Kazımova Zöhrə Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Müəllif: