Tovuz sakini qidadan zəhərlənib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Niyaməddin Fazil oğlu Cavadzadə dönər yedikdən sonra özünü pis hiss edib.
O, dərhal Tovuz rayon xəstəxanasına aparılıb. Həkimlər dönərdən zəhərlənən gəncin vəziyyətinin kafi olduğunu bildiriblər.