Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı Rusiyada miqrasiya qanununu pozdu -<font color=red><b> Müəmmalı şəkildə öldü</b></font>

12:23 - 15 İyul 2019 tarixində dərc olunub.

Rusiyanın Naberejnıe Çelnı şəhərində Daxili İşlər Nazirliyi yanında Əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində 55 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb.

Bunu yerli İstintaq şöbəsinin müdir müavini İldar Şakirov deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı ölümündən əvvəl qarın nahiyəsindəki ağrılardan şikayətlənib.
Azərbaycanlının ölüm səbəbi məhkəmə-tibbi ekspertizası aparıldıqdan sonra məlum olacaq. O, miqrasiya qanunvericiliyini pozduğuna görə mərkəzdə saxlanılırdı.

Fakt üzrə təhqiqat aparılır./oxu.az

 

Müəllif: