Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər:<font color=red><b> yeddi yaralı</b></font>

16:53 - 12 İyul 2019 tarixində dərc olunub.

Tbilisi-Batumi avtomobil magistralında yol-nəqliyyat hadisəsi baş verib.

“Sputnik Gürcüstan”ın məlumatına əsasən, yolun Lançxuti bölgəsindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Bədbəxt hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var.
Xəsarət alanlara xəstəxanada tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir./oxu.az

Müəllif: