Ucnoqta.az
www.ucnoqta.az

Çimərlikdə FHN xilasedicisi <font color=red><b>Döyüldü</b></font>

09:21 - 11 İyul 2019 tarixində dərc olunub.

Zuğulba çimərliyində xilasetmə qrupunun əməkdaşı döyülüb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Mehdiyev Ramil Şahvələd oğlu çimərlik ərazisində təyin edilməmiş yerdə dənizə girmək istəyən şəxslərə xəbərdarlıq edib.
Tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər R.Mehdiyevi döyərək xəsarət yetiriblər.
Yaralı xəstəxanaya aparılıb. Sağ biləyindən və qolundan xəsarət alan R.Mehdiyevə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: