Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik şəxsiyyəti bilinməyən orta yaşlı kişi piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə yerindən qaçan sürücünün axtarışları aparılır.
Faktla bağlı cinayət işi başlanılıb.
/Apa