Ucnoqta.az
www.ucnoqta.az

Yük maşını “BakuBus”a çırpıldı - <font color=red><b>Yaralılar var+Video</b></font>

09:29 - 8 İyul 2019 tarixində dərc olunub.

Gecə saatlarında Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, “Ford” markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.

 

Müəllif: