Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə sərxoş kişi öz evini yandırıb

07:14 - 6 İyul 2019 tarixində dərc olunub.
Gəncə şəhərində ev sahibi özünə məxsus yaşayış evinə od vurub. Gəncə şəhər sakini, Şahin Hüseynov yaşadığı evi yandırıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 3 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanıb. İlkin məlumata görə, ev sahibi hadisəni törədən zaman sərxoş olub. Faktla bağlı araşdırma aparılır./report
Müəllif: