Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İrana görə Qətərə yeni qırıcılar yerləşdirib

08:24 - 29 İyun 2019 tarixində dərc olunub.

ABŞ ilk dəfə olaraq Qətərdə yerləşən Əl-Udeyd aviabazasına beşinci nəsil "F-22" qırıcıları yerləşdirib.

Bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələri komandanlığına istinadən RİA "Novosti" məlumat yayıb. Bildirilir ki, bu tip təyyarələr Amerika qüvvələrini qorumaq üçün orada saxlanılacaq.

Əl-Udeyd Amerikanın Yaxın Şərqdə bir neçə min hərbçisinin saxlanıldığı əsas bazasıdır.
Yeni təyyarələrin ora göndərilməsinin ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda baş verdiyi bildirilir./report

Müəllif: