Ucnoqta.az
www.ucnoqta.az

Lift 19-cu mərtəbədən aşağı uçdu, <font color=red><b>9 yaşlı qız sağ qaldı - VİDEO</b></font>

14:16 - 5 İyun 2019 tarixində dərc olunub.

Çində içində 9 yaşlı qızın olduğu nasaz lift 19-cu mərtəbədən aşağı uçub, uşaq sağ qalıb.

AsiaOne portalı hadisənin videosunu yayıb. Bildirilir ki, hadisə Şençjen şəhərində mayın 28-də baş verib.

Kadrlardan görünür ki, iki uşaq liftlə 19-cu mərtəbəyə qalxır. Oğlan liftdən çıxanda, sistemdə nasazlıq baş verir və lift sürətlə enməyə başlayır.

Liftin kabinəsi birinci mərtəbədə dayanır və uşaq sağ qalır. 9 yaşlı qızın psixoloji travma aldığı bildirilir./oxu.az

Müəllif: