Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda markalanmalı olan məhsulların ilkin siyahısı açıqlanıb

15:57 - 4 İyun 2019 tarixində dərc olunub.

Bu ilin sonunadək Azərbaycanda markalanmalı olan məhsulların siyahısının təsdiq edilməsi planlaşdırılır.

Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib:

“İlkin siyahıya aksizə düşən mallar – spirtli içkilər, energetik içkilər, dərman preparatları, su və digər məhsullar daxil ediləcək. Bu, uzun və qəliz prosesdir. Vaxt keçdikcə siyahı genişləndiriləcək”.

Nazir müavini əlavə edib ki, hazırda siyahı razılaşdırılma prosesindədir:

“Markalama gömrük məntəqələrindən keçirilmiş malların ölkə ərazisində hərəkətini izləməyə imkan verəcək”./trend

 

Müəllif: