Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada qız qaçıran azərbaycanlı axtarışa verilib

13:14 - 4 İyun 2019 tarixində dərc olunub.

Rusiyada yaşayan azərbaycanlı qız qaçırdığına görə axtarışa verilib.

 Sankt-Peterburq şəhərinin yaxınlığında yaşayan bir qadın polisə müraciət edərək naməlum şəxsin qızını döydüyünü, sonra da zorla qaçırdığını bildirib.

İyirmi bir yaşlı qızın şəhər istiqamətinə aparıldığı avtomobilin 25 yaşlı Azərbaycan vətəndaşı Orxan Şakur oğlu Yusifliyə məxsus olduğu müəyyənləşdirilib.

Polis əməliyyat-axtarış tədbirlərini davam etdirir./report

 

Müəllif: