Ucnoqta.az
www.ucnoqta.az

İranda tayfalar arasında dava: <font color=red><b>Ölən və yaralanan var</b></font>

12:28 - 4 İyun 2019 tarixində dərc olunub.

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./trend 

 
 
 

 

Müəllif: