Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakının Məhəmməd Hadi küçəsində su sızması baş verib<font color=red> - FOTO</font></b>

15:01 - 31 May 2019 tarixində dərc olunub.

Bakının Xətai rayonunda, Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığında) su sızması baş verib. Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.  Məlumatda deyilir ki, yolun altından keçən 500 mm-lik su xəttində baş vermiş sızmanın aradan qaldırılması üçün “Azərsu” ASC qazıntı işləri aparır. Yolun bərpasının sabaha qədər yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Namiq

Müəllif: