Ucnoqta.az
www.ucnoqta.az

Nadir: Qızlarımız təki ər olsun deyə türkiyəlilərə ərə gedirlər- <font color=red><b>Video</b></font>

13:54 - 31 May 2019 tarixində dərc olunub.

Müğənni Nadir Qafarzadə türkiyəli kişilərə ərə gedən qızları tənqid edib.

O, “Instagram” hesabında İstanbulda lentə alınan sorğu videosunu paylaşıb. İstanbul sakinlərinin azərbaycanlılarla ailə həyatı qurmağa münasibəti öyrənilən sorğuya N.Qafarzadə şərh verib:

“Əcnəbi vətəndaşla ailə quran qızlar xoşbəxt olmurlar.

Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər. Yəni qadının sözü daha keçərlidir. Türkiyəli kişilərin bizim qadınlarla evlənməsi bizim qadınlarımızın üzüyola olması ilə bağlıdır. Yəni “qapazı vur, çörəyini al əlindən” məsələsi.

Bizim bəzi sadəlövh qızlarımız fərq etməz, təki ər olsun deyə, gedirlər. Bir-iki ildən sonra qucaqlarında uşaq atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq”./Oxu.az

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 

Duzdur Turkiyeli qadinlarin coxu tekebburluduler .Onlarin ailelerinde er arvaddir,arvad erdir. Yeni qadinin dozu daha kecerildir. Turkiyeli kishilerin bizim qadinlarla evlenmesine geldikde ise, bizim qadinlarinizin uzu yola olmalaridir. Yeni “ qapazi vur, coreyini al elinden “ meselesi.

Müəllif: