Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə kombayn taxıl zəmisini yandırdı - <font color=red><b>FOTO</b></font>

08:32 - 31 May 2019 tarixində dərc olunub.

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın baş verib.

Hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib. Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb.

Yanğının artıq söndürüldüyü bildirilir.
Hazırda fermerə dəyən ziyan araşdırılır./oxu.az

Müəllif: