Ucnoqta.az
www.ucnoqta.az

<b>Çinin cənubunda 350 mindən çox insan daşqın zonasında qalıb</b>

12:55 - 30 May 2019 tarixində dərc olunub.

Çinin cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunda 350 mindən çox insan daşqın zonasında qalıb. Hakimiyyət orqanları 48 min nəfəri nisbətən təhlükəsiz ərazilərə təxliyə edib. AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, daşqınlar muxtar rayonun 9 şəhərinə, 30 rayon və qəzasına təsir edib. Bir qədər əvvəl Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi daşqınlar nəticəsində azı 7 nəfərin öldüyü barədə məlumat yaymışdı. Təbii fəlakət nəticəsində muxtar rayonun ərazisindən keçən milli əhəmiyyətli yeddi avtomobil magistralının bir çox sahəsində hərəkət dayanıb. 23 min hektardan yuxarı əkin sahəsi zərər çəkib. Ölkəyə dəyən birbaşa iqtisadi zərər 1,14 milyard yuan (təxminən 165 milyon dollar) həcmində qiymətləndirilir. Quansi-Çjuan muxtar rayonu mayın 25-dən güclü yağışlarının təsirinə məruz qalıb. Leysan yağışları bəzi regionlarda daşqınlara səbəb olub.

Müəllif: