Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada həbsxanadan kütləvi qaçış baş verib

14:12 - 27 May 2019 tarixində dərc olunub.

Ukraynanın Odessa bölgəsində Cənub islah koloniyasından 15 məhbus qaçıb.

Məlumatı “Dumskaya” yayıb. Bildirilib ki, məhbuslar həbsxanada yanğın baş verəndən sonra qaçıblar.

Hazırda islah müəssisəsinin ətrafında təcili tibbi yardım, polis və xüsusi təyinatlılar cəmləşdirilib.

Odessa əyaləti milli polisinin müşaviri bildirib ki, 500-ə yaxın məhbus koloniyada qiyam qaldıraraq barrikada qurub./report

Müəllif: