Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 38 yaşlı kişi boynundan bıçaqlanıb

06:07 - 24 May 2019 tarixində dərc olunub.

Hadisə Sabunçu rayonu, Maştağa-Buzovna yolunda baş verib. 

1981-ci il təvəllüdlü Məmmədov İntiqam İnqilab oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib. Nəticədə, o, boynundan bıçaqlanıb.

Boyun nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan İ.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./ONA

Müəllif: