Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycanın "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda saxlanılıb</b>

10:51 - 23 May 2019 tarixində dərc olunub.

Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır. Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib.("Report")

Müəllif: