Ucnoqta.az
www.ucnoqta.az

<b>Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir</b>

10:32 - 23 May 2019 tarixində dərc olunub.

Futbol əfsanəsi Dieqo Maradona Buenos-Ayres hava limanında polis tərəfindən saxlanılıb. Ona keçmiş rəfiqəsi Rosio Oliva tərədindən rəsmi iddia təqdim olunub. İddiada Oliva Maradonadan 6,3 milyon dollar təzminat tələb edib. Onların 6 il görüşdükləri bildirilir. Maradona hazırda Meksikada yaşayır və yerli “Dorados de Sinaloa” futbol komandasını çalışdırır. Apreldə əfsanəvi ulduz komandadan gedəcəyini və futbol ilə vidalaşacağını dilə gətirib. (Oxu.az)

Müəllif: